Abşeronda avtomobildən külli miqdarda pul oğurlamış şəxslər tutulub.
Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Abşeron RPİ-nin əməkdaşları tərəfindən avqustun 17-də rayon ərazisindəki avtomobillərin birindən 10.000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Masazır qəsəbə sakini Kamal Quliyev və Sabirabad rayon sakini Cavidan Mahmudlu saxlanılıblar.
Araşdırmalar davam etdirilir.