Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-ı ittiham
edib.
Publika.az xəbər verir ki, Lavrov ABŞ-ın istəmədiyi olanda
sanksiyalar tətbiq etdiyini açıqlayıb.
“ABŞ prezidenti Donald Tramp ciddi şəkildə könüllü, normal bir
dialoqu seçərsə, ABŞ-ın Rusiyaya münasibəti dəyişə bilər. Biz
dalana dirənmiş bu yolda üstümüzə düşən hər şeyi etməyə hazırıq.
Rusiya və ABŞ arasında münasibətlər zəhərlənib. ABŞ-ın ortaqları
ilə birgə tətbiq etdiyi taktika var. Bəzi şeylər istəmədikləri kimi
olanda dərhal tətbiq olunacaq sanksiyalar açıqlanır”, - deyə Lavrov
bildirib.
Asif