Birləşmiş Millətlər Təşkilatı Suriya ilə bağlı yeni
hesabat hazırlayıb.
Publika.az xəbər verir ki, 24 səhifəlik hesabatda bu il
Suriyada insanların kütləvi sürətdə yaşadığı yerləri tərk etdiyi
qeyd olunur.
“Son 6 ay ərzində Əsəd rejiminin hücumları nəticəsində 1 milyondan
çox insan yaşadığı yeri tərk edib. Evlərini tərk edən insanların
böyük hissəsi çətin şəraitdə yaşayır. Müzakirələr nəticə verməsə,
İdlibdə bundan daha pis vəziyyət yaranacaq”, - deyə hesabatda qeyd
olunur.
Asif