Peyğəmbərin (s) Nəcran xristianları ilə mübahiləsindən sonra da tarixdə mübahilə hadisəsi baş vermişdirmi?

Məlum olduğu kimi, mübahilə "lənətləşmə" deməkdir. Bu, qədim xalqlarda, xüsusilə, ərəblərdə mövcud olmuş bir ayindir. İki qarşı tərəf müzakirə vasitəsilə həqiqəti ortaya çıxara bilmirsə, son variant kimi mübahiləyə üz tuturlar. Onlar dua edirlər ki, kim haqsızdırsa, Allah ona dərhal bəla göndərsin.

Milli.Az islam.az-a istinadən bildirir ki, Peyğəmbərin (s) məşhur mübahiləsindən sonra da tarixdə bir neçə dəfə bu cür hadisə baş vermişdir. Aşura günündə İmam Hüseynin (s) qocaman səhabəsi Büreyr ibn Xüzeyr Həmdani döyüş meydanındakı rəqibini haqq yola çağırdı, amma faydası olmadı. Axırda qərara gəldilər ki, mübahilə etsinlər. Büreyr ilə rəqibi mübahilə etdilər ki, onların təkbətək döyüşündə haqlı olan qalib gəlsin. Sonra döyüşməyə başladılar. Qısa müddət ərzində Büreyr öz düşmənini cəhənnəmə göndərib, haqq yolda olduğunu sübuta yetirdi.

Abbasi xəlifəsi Harun ər-Rəşidin zamanında daha bir mübahilə baş vermişdi. İmam Həsənin (ə) nəticəsi Yəhya ilə ona iftira atmış Mədinə valisi Bəkkar Zübeyr xəlifənin hüzurunda mübahilə etmiş, az sonra Bəkkar dəhşətli şəkildə ölmüşdü.

Milli.Az