Moskvada Ermənistanın baş nazirini kifayət qədər soyuq qarşılayıblar . Vladimir Putinin protokolu Nikol Paşinyanı görüş otağının kəndarında iki dəfə dayandırıb. Görüş sonrası yayılan məlumatlarda həmçinin o da qeyd olunur ki, Paşinyanın absurd bəyənatları Rusiya tərəfini təmin etməyib.
Kremldə Paşinyanı saymadılar. Bunu Nikol Paşinyanla Vladimir Putinin görüşündən çəkilən video da təsdiq edir.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, Paşeniyan diplomatiya tarixində və etikasında bənzərinə nadir rast gəlinən davranışla üzləşib. Görüş otağına girməyə can atan Paşenyan kobudluqla dayandırılır. Və bu hal iki dəfə təkrarlanır. Yalnız kandarda iki dəfə müdaxilə ilə gözlədilən Paşenyan üçüncü cəhddə Putinin qəbuluna düşə bilir görüdüyü münasibətdən sarsılan Paşenyan həttə zala daxil olarkən yüngülcə büdrəyir də.
Ekspertlər isə bu davranışı Paşenyana öz yerinin göstərilməsi kimi şərh edirlər. Yəni ona qarşı bu davranış açıq nümayişkaranə hörmətsizlik kimi qiymətləndirilir. Əldə olunan məlumatlara görə görüş özü də kifayət qədər sərt abu havada keçib. Yəni danışıqlar heç də Paşenyanın görüş sonrası bəyanatda səsləndiridiyi abu havada olmayıb.
Erməni diasporundan olan biznes nümayəndələri ilə görüşdə erməni baş nazirinin bəyanatı xüsusi narahatlıq doğurub. Bu görüşdə erməni hökumətinin başçısı Qarabağ münaqişəsinin bütün dövrü ərzində ilk dəfə Azərbaycan ərazilərinin zəbt edilməsini qanuniləşdirmək haqda niyyətini bəyan edib. Bu bəyanat indiyədək münaqişəni Dağlıq Qarabağ ermənilərinin müstəqillik mübarizəsi kimi qələmə verən Ermənistanın apardığı siyasətdə kobud səhv və işğalçılığın etirafı kimi qiymətləndirilir.
Yəni əslində rusiyanın etimadını qazanmağa hesablanmış bu səfər əks effekt verib. Paşenyan səriştəsiz siyasi davranışları və sərsəm bəyanatları ilə sinifdə qalıb.
Milli.Az