İdlibə hücum Avropaya geniş miqrasiya axınına səbəb olacaq.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın deyib.
"İdlibə hücum sadəcə humanitar fəlakətlə bitməyəcək. Ciddi siyasi və diplomatik nəticələri olacaq. Yüz minləri əhatə edəcək köç dalğası Avropada da ciddi gərginliyə yol açacaq. Məsələyə həssaslıq göstərən tərəfin Türkiyə olduğu açıq-aydın ortadadır", - deyə Kalın bildirib.
Milli.Az