Amerika Birləşmiş Ştatlarının şərq sahillərinə sürəti saatda 200 km-ə çatan qasırğa yaxınlaşır.

Metbuat.az-ın Trt xəbərə istinadən məlumatına görə, “Florens” adlandırılan qasırğanın iki gün sonra Virciniya, Şimali və Cənubi Karolina ştatlarına çatacağı proqnozlaşdırılıb. Həmin gündən başlayaraq, iş yerləri məktəblər hava limanları müvəqqəti fəaliyyyətini dayandıracaq.

Xilasedicilər artıq təxliyə işlərinə başlayıb. Bölgədən ümumilikdə 1 milyon nəfərin təxliyə edilməsi nəzərdə tutulub. Prezident Donald Tramp bölgədə fövqəladə vəziyyət elan edib. Bildirilir ki, sonuncu dəfə bölgədə oxşar təhlükə ilə 20 il əvvəl yaşanıb.

Sübhan / METBUAT.az