"5/5"in yeni mövsümü fərqli şəkildə start götürüb.

Milli.Az xəbər verir ki, Nadir Qafarzadə telekanalın həyətinə paraşütlə düşüb.

Müğənni səmada qorxulu anlar yaşayıb. Nadirin həyəcanı əlindəki kamera vasitəsi ilə tamaşaçılara təqdim edilib. 

Qeyd edək ki, Nadir Qafarzadə ilə bərabər paraşütlə tullanan müğənnilər arasında 2 xanım ifaçı da olub. Onlar Səidə Sultan və Sevda Yəhyayeva idi.  

Həmin kadrları təqdim edirik:

Məhəmməd Vaqif
Milli.Az