Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi dəyişdirilib.

Milli.Az Trend-ə itsinadən xəbər verir ki, idarənin rəisi vəzifəsində çalışan Elmira Əliyeva öz xahişi ilə tutduğu vəzifədən azad olunub. O, 2012-ci ildən bu vəzifədə çalışıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov Trend-ə bildirib ki, bu vəzifəyə Merli Veyisova təyin edilib.

M.Veyisova bu təyinata qədər 5 saylı poliklinikada baş həkimin müavini vəzifəsində çalışıb.

Milli.Az