"Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində aparılan işlər qrafiki qabaqlayır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qeri Cons deyib.

O bildirib ki, "Bravo" platformasında dörd quyudan hasilat işlərinə başlanılıb:

"Növbəti aylar ərzində bu quyuları təmizləməliyik. Qeyd edim ki, layihə ilə bağlı bütün gözləntilərimiz özünü doğruldur. Biz ilin əvvəlində müəyyən etdiyimiz qrafiki qabaqlayırıq".

Milli.Az