Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 84 dəfə pozub.
Müdafiə Nazirliyindən Publika.az-a verilən
məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun
Şavarşavan, Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax
rayonunun Fərəhli, Quşçu Ayrım kəndlərində, Berd rayonunun Çinari
kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Ağbulaq
kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə
yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız
yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Yarımca, Ağdam
rayonunun Şuraabad, Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli,
Qaraqaşlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli
rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli,
Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri
yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd
rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də
ordumuzun mövqeləri atəşə tutulub.