Ağstafada yanğın baş verib.

FHN-dən Milli.Az-a verilən məlumata görə, rayonun Qırılı kəndində ümumi sahəsi 40 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları 30 kv.m sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

Milli.Az