Şəmkir rayonunda intihar hadisəsi baş verib.
Milli.Az "report"-a istinadən bildirir ki, hadisə şəhərin Siyavuş Sərxanlı küçəsində yerləşən fərdi evlərdən birində qeydə alınıb. Belə ki, 2004-cü il təvəllüdlü Aynurə İsmayıl qızı Əkbərova yaşadığı evdə özünü asıb.
Onun hansı səbəbdən intihar etdiyi isə hələlik məlum deyil.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.
Milli.Az