Səudiyyə Ərəbistanının şahzadəsini Parisin "Ritz" otelində qarət ediblər.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, şahzadənin 800 min avro dəyərindəki zinət əşyaları yoxa çıxıb. Banditizmə qarşı mübarizə idarəsi insidentlə bağlı araşdırmalara başlayıb.

Qarət hadisəsi 7 sentyabrda baş verib. 800 min avro dəyəri olan zinət əşyaları yoxa çıxıb. Qeyd edilir ki, şahzadə qiymətli daş-qaşlarını otelin seyfində saxlamayıb. Otel nömrəsinin qapısında zorakılıq əlaməti aşkar edilməyib.

Zərərçəkən məsələ ilə bağlı polisə şikayət edib.

Milli.Az