Sentyabrın 9-da Yerevanda silahlı insident baş verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisə "Razdan" stadionunun yaxınlığında baş verib.

Atışmada 20-yə yaxın insanın iştirak etdiyi bildirilir. İnsident nəticəsində bir nəfər ağır yaralanıb.

26 yaşlı Robert T. xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır olduğundan o, hüquq-mühafizə orqanlarına izahat verə bilməyib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az