Türkiyənin Şanlıurfa vilayətinin Ceylanpınar mahalında 7 yaşlı uşaq qum yığınının altında qalıb.
Metbuat.az axar.az-a istinadən xəbər verir ki, ətrafdakı insanlar azyaşlını xilas etmək üçün qumu əlləri ilə qazmağa başlayıb. Nəhayət, sakinlər uşağı sağ-salamat çıxarmağı bacarıblar.
Məlumata görə, azyaşlı 40 dəqiqə boyunca qumun altında qalıb.
Həkimin müdaxiləsindən sonra uşağın səhhəti normallaşıb.
Günün qoroskopu - Səhhətinizə fikir verin - Oxumaq üçün tıkla