Dağıstan parlamenti bu gün respublikaya yeni rəhbər seçib.
Publika.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin Dağıstan Xalq Məclisinə təklif etdiyi üç namizəd - Vladimir Vasilyev, Kamil Davdiyev və Mahmud Mahmudovun namizədlikləri parlamentdə səsə qoyulub.
86 deputatdan 77-si Vladimir Vasilyevin namizədliyini dəstəkləyib.
Kamil Davdiyevə 5, Mahmud Mahmudova isə cəmi 4 deputat səs verib.