Məşhur insanlar hər zaman sevənlərinin diqqət mərkəzindədir. Heyranı olduğumuz insanların geyimi, həyat tərzi, görünüşləri hər zaman bizim marağımızda olur. Bəzən isə bu sevgi o dərəcədə güclü olur ki, fanatizm dərəcəsinə qədər böyüyür və ölümlə nəticələnir.

Milli.Az "ölkə.az"-a istinadən pərəstişkarları tərəfindən öldürülən bəzi məşhurları təqdim edir.

1. Kristina Grimmer

"O Səs ABŞ" yarışmasının 22 yaşlı ulduzu, 2016-ci il 10 iyun imza günündə hamının gözü önündə fanatı Kevin James Loibl  tərəfindən odlu silahla qətlə yetirilib. Onun dostu qeyd edib ki, tənhalığı sevən və Kristinaya dəlicəsinə aşiq olan Kevin onun videolarını dayanmadan izlədiyirdi.

2. Selena Quintan

Məşhur Latın Amerikalı müğənnisi Selena 1995-ci ilin 31 mart tarixində fan klubunun qurucusu Yolanda Salvidar tərəfindən oteldə qətlə yetirilib. 1991-ci ildə tanış olan cütlük 4 il bir yerdə fəaliyyət göstərib. Sonda müğənni tərəfindən işdən qovulmasına hiddətlənən Yolanda bu məkirli planı həyata keçirib.

3. Rebecca Schaeffer
 
Aktrisa Rebeka Şeffer də öz fanatı tərəfindən öldürülən məşhurlardandır. O, 1989-cu il 18 iyulda öz evinin qarşısında, heyranı Robert Con Bardo tərəfindən öldürülmüşdür. Rebekanın 3 il hər addımını izləyən Robert onu 21 yaşı olarkən qətlə yetirib. 

4. Dimebag Darrell

38 yaşlı "Pantera" qrupunun gitaristinə səhnədə çıxış edərkən sui-qəsd təşkil edilib. Onun qatili, fanatik heyranı olan ABŞ dəniz qüvvələrinin əsgəri Natan Galedir. O, "Pantera" qrupunun məhz Dimebag tərəfindən dağıldığını bildirərək, intiqamını aldığını söyləyib.

5. Mixail Lermontov

Məşhur rus yazıçısı Lermontov 1841-ci ildə öz dostu və oxucusu Nikolay Martınov tərəfindən dueldə qətlə yetilib. Lermontov qonaqlıqların birində dostuna sataşaraq onunla zarafatlaşıb, lakin sonradan bu münaqişə o dərəcədə böyüyüb ki, Nikolay onu duelə çağırıb və onu silahla öldürüb.

6. Albert Ebosse

Kamerunlu futbolçu Albert 2014-ci il 24 avqusta Əlcəzairdə oynadığı oyunda komandası uduzduğuna görə, fanatları tərəfindən qətlə yetilib. 

7. Con Lennon

Con Lennon 1980-ci il 9 dekabrda Mark Devid Çapman tərəfindən qətlə yetirilib. Digərlərindən fərqli olaraq Mark nə Lennonun, nədə "Bitlz" qrupunun fanatı olmayıb. O, Lennonu sadəcə məşhur olduğuna görə öldürdüyünü bildirib.

8. Andres Eskobar

Futbolçu 1994-cü il 23 iyunda Kolumbiya-ABŞ oyununa çıxır. Həmin oyunda Eskobar səhvən öz qapısına atdığı top onun öldürülməsinə səbəb olur. Komandasını uduzduran Eskobar Kolumbiyada getdiyi restoranda fanatları tərəfindən güllələnərək qətlə yetirilir.

Milli.Az