Rusiyanın Çinlə birlikdə Sibirdə həyata keçirəcəyi təlimlərə Türkiyə də dəvət olunub.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə naziri Hulusi Akar danışıb.
"Qarşıdakı günlərdə "Vostok-2018" təlimləri keçiriləcək. Türkiyəni də dəvət ediblər. Dəyərləndiririk. Təlimlər şərq bölgəsində keçiriləcək".
Qeyd edək ki, 11-18 sentyabr tarixlərində baş tutacaq təlimlərdə 297 min əsgər, mindən artıq təyyarə, helikopter və pilotsuz uçuş aparatları, təxminən 36 min tank və zirehli maşınla yanaşı 80 gəmi iştirak edəcək.
Milli.Az