Zəncəfil cövhəri soyuqdəymə, iltihabi proseslər, şəkərli diabet, boğaz-burun xəstəliklərində, görmə zəifləməsində çox effektivdir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, cövhəri hazırlamaq üçün 250 qr təzə zəncəfil kökünü yuyub, plastin kimi kəsib, şüşə qaba yığıb, üzərinə ağzına kimi araq alırsız. Quru sərin yerdə 2 həftə saxlayırsız. Arada şüşəni çalxalayırsız.

2 həftə sonra süzür, şüşə butulda soyuducuda saxlayırsız. Gündə 2 dəfə yeməkdən öncə 1 çay qaşığı qəbul olunur.  Müəyyən müddətdən sonra qan təmizlənəc, bir çox viruslar, bakteriyalar təmizlənəcək, orqanizmin müdafiə sistemi güclənəcək.

Milli.Az