Dünyanın ən populyar qlamur ulduzlarından olan Peris Hilton ABŞ-ın Nyu-York şəhərində keçirilən "New York Fashion Week Show"ya qatılıb.

Milli.Az TMZ-yə istinadən bildirir ki, tanınmış modelyer və dizayner Ceremi Skottun yeni kolleksiyasının nümayişində fəxri qonaq qismində iştirak edən 37 yaşlı ulduz geyimi ilə diqqət çəkib.

Onu nişanlısı, əsl ad və soyadı Kristofer Maykl Settlmayr olan aktyor Kris Zilka müşayiət edirdi.

Milli.Az