2100-cü ildə Yer kürəsinin əhalisinin sayı,orta yaş həddi və yaşayış məskənləri necə olacaq?

BMT-nin məlumatına əsasən dünya əhalisinin sayı 2100-cü ildə 12 milyarda yaxın olacaq. Orta yaş həddi artacaq. Bu gün düyada orta yaş həddi 72 hesab olunur. 2100-cü ildə isə bu həddin 83-ə çıxacağı gözlənilir. 2030-cu ildə əhalisi 10 milyonu keçəçək meqapolislərin sayının 41-ə yüksələcəyi gözlənilir. 2050-ci ildə dünya əhalisinin üçdə ikisi şəhərlərdə yaşayacaq.

Buradan belə sual meydana çıxır: Bəs enerji qaynaqları necə təmin olunacaq? Bu gün istifadə etdiyimiz yanacağın 86% təbii sərvətlər hesabına ödənir. Belə hesab edilir ki, gələcəkdə yenilənə bilən enerji qaynaqlarının-günəş və külək enerjisindən istifadənin yüksələcəyi gözlənilir.

Gələcəkdə hansı peşələr öndə olacaq? Oxford universitetinin apardığı araşdırmaya əsasən yaxın gələcəkdə ABŞ-da işlərin çoxu robotlar vasitəsi ilə həyata keçiriləcək. Lakin yenə sənətkarlıq və bir sıra işlərdə yenə insanlara ehtiyac olacaq.

Milli.Az