"Əgər Ukrayna Beynəlxalq Valyuta Fondunun (IMF) təbii qazın qiymətinin artırılması barədə tələbini yerinə yetirməsə, ölkə maliyyə böhranına düşə, defolt təhlükəsi ilə üzləşə bilər".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Ukraynanın baş naziri Vladimir Qroysman bildirib.

Hökumət başçısı ölkənin 2005-2013-cü illərdə aldığı borcların qaytarılması ilə bağlı narahatlığını da ifadə edib və borc böhranı fonunda deloltdan qaçmaq üçün IMF ilə gələcək əməkdaşlığın vacibliyini vurğulayıb. 

Milli.Az