Türkiyədə dəhşətli qəza baş verib.
Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə Ankara və Aksaray arasındakı avtomobil yolunda qeydə alınıb.
Sərnişin avtobusunun aşması nəticəsində 6 nəfər həlak olub, 42 nəfər isə xəsarət alıb. Hadisə yerinə çox sayda təcili yardım və xilasedicilər briqadası cəlb edilib. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.