Bəsrə şəhəri yaxınlığında etirazçılar Rusiyanın "Lukoyl" şirkətinin neft hasil etdiyi yatağa hücum ediblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, etirazçılar orada çalışan fəhlələri girov götürüblər.

Etirazçılar İran konsulluğunun binasına od vurublar.

Qeyd edək ki, dünən axşam nümayişçilər İran yönümlü siyasi partiyaların ofislərini yandırıblar.

Bəsrədə həftənin əvvəlindən etiraz aksiyaları keçirilir. Minlərlə nümayişçi yerli hakimiyyətdən şəhərin içməli su və elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılmasını tələb edir.

Milli.Az