Rusiya hərbçilərin istifadə etdiyi Fransa-İtaliya peykindən məlumatları ələ keçirməyə cəhd edib.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bunu Fransa müdafiə naziri Florans Parli deyib.
O bildirib ki, belə bir hal 2017-ci ildə baş verib. O vaxt Rusiyanın "Luç" kosmik aparatı Athena-Fidus peykinə yaxınlaşmışdı.
Nazir qeyd edib ki, baş vermiş hadisə nəinki qeyri-dost addımdır, hətta cəsusluq aktıdır.
Milli.Az