Türkiyədə helikopter qəzaya düşüb.
Milli.Az haberler-ə istinadla xəbər verir ki, Türkiyənin tanınmış iş adamı Halil Ünverə aid helikopter İstanbulun Bostancı sahillərində dənizə düşüb.
Helikopterdə iş adamı və pilot olub. Onlar dənizdən balıqçıların köməkliyi ilə çıxarılsalar da, iş adamının həyatını xilas etmək mümkün olmayıb.
Qəzanın səbəbi araşdırılır.
Bəxtiyar Umarlı
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: