AFR-in xarici işlər naziri Hayko Mas Türkiyə ilə münasibətləri normallaşdırmağın zəruri olmasına əmindir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Ankarada hökumətlərarası məsləhətləşmələrdə iştirak etmiş nazir bu fikri ARD telekanalının efirində söyləyib.

Almaniya XİN rəhbəri ikitərəfli münasibətlərdə mürəkkəb gərginlik dövrünü nəzərdə tutaraq deyib: "Ümidvaram ki, bu, yalnız başlanğıcdır. Bu, keçmişdə olanların və keçmişdə qalanların proloqudur".

Hayko Mas problemlərin açıq müzakirə ediləcəyinə və konstruktiv həll yollarının tapılacağına ümid bəslədiyini vurğulayıb.

Milli.Az