Əfqanıstanın paytaxtı Kabildə törədilən silsilə terror aktları nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb. 70-ə qədər yaralı var.
Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, kamikadze üzərindəki partlayıcı qurğunu güləş yarışının təşkil olunduğu idman salonunda işə salıb. İkinci hücum isə hadisə yerinə jurnalistlər və təcili tibbi yardım əməkdaşları gələndən sonra təşkil olunub.
Jurnalistlərin arasına daxil olan digər terrorçu üzərindəki bombanı partladıb. Hücuma görə məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb.Badğis əyalətində isə taliban terrorçularının nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsində 11 hərbçi həlak oloub.Terrorçular da çox sayda itki verib.
Sübhan / METBUAT.az