Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunun Bostancı sahilində helikopter qəzaya uğrayıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, göyərtədə olan 2 nəfər ətrafdakı insanların yardımı ilə sudan çıxarılıb.

İstanbul valiliyinin yaydığı məlumatda, helikopterin vətəndaşa məxsus olduğu və sözügedən 2 şəxsin yüngül yaralandığı bildirilib.

Hadisə yerinə gələn mütəxxəssislər qəzanın səbəblərini araşdırır.

Milli.Az