Sabah İranın paytaxtı Tehranda, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin zirvə görüşü keçiriləcək.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, zirvə görüşündə başda İdlib olmaqla, Suriyanın siyasi gələcəyi müzakirə olunacaq.
Türkiyə KİV-nin məlumatına görə, 1 həftə sonra, sentyabrın 15-də isə Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.
Günay Elşadqızı / METBUAT.AZ