Almaniya kansleri Angela Merkel İdlibdə baş verənlərlə
bağlı açıqlama verib.
Publika.az xəbər verir ki, Almaniya kansleri İdliblə bağlı
Rusiya və Türkiyə prezidenti ilə müzakirə apardığını deyib.
“Suriyadakı vəziyyətlə bağlı Ərdoğan və Putinlə müzakirə apardım.
İdlibdəki vəziyyət qarışıqdır, mübarizə aparılması lazım olan
radikal qruplar var. İdlibdə humanitar fəlakət qaçılmazdır”, - deyə
o bildirib.
Merkel Türkiyənin iqtisadiyyatı ilə bağlı da danışıb: “Türkiyə
iqtisadiyyatının inkişafında marağımız var. Türkiyənin zəifləməsi
Almaniyanın maraqlarına uyğun deyil”.
Asif