Gəncə şəhərinin Nizami rayonunda yanğın qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, ümumi sahəsi 64 m2 olan birmərtəbəli 2 otaqlı evin bir otağında ev əşyaları yanıb.

Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az