Laos-Vyetnam sərhədində yerləşən Son Doong mağarası dünyanın ən böyük mağarasıdır.
Milli.Az xəbər verir ki, mağara ilk dəfə 1991-ci ildə bir gənc tərəfindən tapılsa da, əsas axtarışları 2009-cu ildə İngilis tədqiqatçıları tərəfindən aparılıb.
.jpg)
Mağara təxminən 5 km uzunluğunda, 200 m hündürlüyündədir. İlkin hesablamalara görə nəhəng mağaranın içərisinə 40 mərtəbəli göydələn yerləşdirmək olar.
.jpg)
İllər əvvəl mağaranın tavanının çökməsi nəticəsində içərisində yamyaşıl meşə kök salıb. Burada həmçinin bir çay və kiçik şəlalələr yerləşir. "Son Doong"un səthi başdan-başa yosunlarla əhatə olunub. Həmçinin alimlər mağaradakı şəlalələrin ətrafında əvvəllər heç yerdə görülməyən bitkilərə rast gəliblər.
.jpg)
.jpg)
Qeyd edək ki, 2013-cü ildən başlayaraq, bu möhtəşəm təbiət nəhəngini görmək istəyənlər üçün bölgəyə turlar təşkil edilir. Mağaraya enmək üçün təhlükəsizlik kəməri bağlayaraq 80 metr eniş etmək lazımdır.
.jpg)
Afaq Rza
Milli.Az