Bağçadakı uşaqla bağlı sosial şəbəkələrdə yayılan video maraq doğurub.

Milli.Az nypost-a istinadla bildirir ki, videoda bağçada yuxuya gedən uşağın ayılıb, çanta əvəzinə plastmas stulu götürüb getməsi əks olunub.

Bunu görən müəllim gülməkdən özünü saxlaya bilməyib.

Həmin anların görüntüsü sosial şəbəkələrə yüklənilib və izləyicilərin gülüşünə səbəb olub.

Kadrlar Filippində lentə alınıb.

Fuad
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bağçada gülməli anlar - yuxulu uşaq stulu çanta bilib kürəyinə taxıb apardı