Ağstafada inzibati bina yanıb.
FHN-dən Milli.Az-a verilən məlumata görə, rayonun Kolxəlfəli kəndində ümumi sahəsi 600 kv.m olan inzibati binanın çardağının yanar konstruksiyaları 130 kv.m sahədə, 1 otağın yanar konstruksiyaları və içərisindəki olan əşyalar 20 kv.m sahədə yanıb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Milli.Az