Macarıstan, Polşa, İtaliya və Rumıniya Avropa İttifaqını dağıtmaq istəyir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu büdcə və insan resursları üzrə Avropa komissarı Günter Ettinger deyib.
O bəyan edib ki, Aİ-ni zəiflətmək istəyən ölkələr var:
"Fikrimcə, Avropa İttifaqı layihəsi ölüm təhlükəsi ilə üz-üzədir. Avropada bəzi ölkələr, Macarıstan, Polşa, Rumıniya və İtaliya hökuməti Aİ-ni zəiflətmək, hətta məhv etmək istəyir".
Milli.Az