Yaponiyanı vurmuş "Cebi" tayfununun fəsadları sürətlə artır.

Milli.Az ABC-yə istinadən bildirir ki, ölkənin qərb və mərkəzi prefekturalarında artıq 1,9 milyon insan təlxiyə olunub.

Yaponiyanın tarixində son 25 ilin ən güclü tayfunu sayılan "Cebi" Honsyu adasından Yapon dənizinə, oradan da ölkənin mərkəz və qərb əyalətlərinə keçib.

Tokiodan tutmuş, Hirosima şəhərinədək geniş arealda dəmiryolunda bütün sərnişin daşımaları dayandırılıb. 700 aviareys təxirə salınıb.

Osaka, Kioto və 4 qonşu prefekturada 1,6 milyon insan işıqsız qalıb.

Hioqo prefekturasındakı Nişinomiya şəhərindəki avtomobil dayanacağında 100 avtomobil alışaraq yanıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin: