Yaxın şərq ölkəsi Küveytdə bir balıqçı köhnə balıqları təzə adıyla satmaq üçün ağlagəlməz üsula əl atıb.
Metbuat.az "Al Bayan" qəzetinə istinadla bildirir ki, balıqçı təzəliyi gözlərindən görünən balıqların gözlərini saxta olanlarla dəyişdirib. Onun bu saxtakarlığı qadın müştəri tərəfindən üzə çıxıb.
Hadisənin sosial mediada yayımlanmasından sonra İqtisadiyyat Nazirliyi balıqçının mağazasını bağlayıb.
Aysel Yaqubqızı / Metbuat.az