Britaniyanın Kral Hərbi-Dəniz Piyadaları Korpusunun (Royal Marine) yeni reklam videosu sosial şəbəkələrdə sürətlə populyarlaşaraq fenomenə çevrilməkdədir.

Milli.Az bildirir ki, 60 saniyəlik reklam videosu Britaniyada 18 yaşına çatmış gəncləri "Royal Marine"də xidmətə sövq etməkdir.

Korpusun heyətinə qatılmaq üçün gərəkli səbr, dözüm və qətiyyətin gərəkli olduğunu vurğulayan videoda nəhəng tarantul pusqudakı britaniyalı dəniz piyadasının üzündə gəzir.

Çox təhlükəli hörümçəkdən qorxmayan hərbçinin üzündə bir əzələ də tərpənmir.

Klipdə aktyor yox, gerçək dəniz piyadası çəkilib.

Kadrarxası səs isə deyir: "Nəzərə çarpmamaq istənilən ovçu üçün həyati önəm daşıyır. Son addım, son qərar tələsmədən verilmədiir. Kənar təsirlər və amillər fikri yayındırmamalıdır. Onları, sadəcə, nəzərə almamaq, dözmək gərəkdir. Heç bir səs, heç bir qəfil hərəkət olmamalıdır. Sadəcə, diqqqət...".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Dəniz piyadakı və nəhəng hörümçək - hərbçilərin reklamı fenomen oldu