Koreya Xalq Demokratik Respublikasında (KXDR) akademik Çju Gyu Çhan vəfat edib.
Milli.Az report-a istinadən xəbər verir ki, alim Şimali Koreyanın keçmiş müdafiə naziri və nüvə silahları və raketlərinin hazırlanması sahəsinə məsul şəxs olub.
Onun ölüm səbəbi sitopeniya - qan hüceyrələrinin bir və ya daha çox növünün çatışmazlığı olub.
Qeyd olunur ki, Çju Gyu Çhan 2012-ci ildə buraxılan "Inha-3" uzaq radiuslu iki raketin hazırlanmasında fəal iştirak edib. KXDR-in nüvə proqramında iştirakına görə alim 2013-cü ildə ABŞ-ın sanksiya siyahısına daxil edilib. O, 2015-ci ildə təqaüdə çıxıb.
Milli.Az