İtaliyada Monte-Tarpeo küçəsi yaxınlığında yerləşən Roma forumunun divarının bir hissəsi turistlərin gözü önündə uçub.

Milli.Az "Report"a istinadən bildirir ki, "İtaliya po-russki" nəşrinin məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Bildirilir ki, qəza yerinə jandarmlar cəlb olunub. Hadisənin təfərrüatları araşdırılır.

Milli.Az