Əfqanıstanın şərqində silahlı hücum nəticəsində bir amerikalı hərbçi öldürülüb.
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu, ABŞ-ın Əfqanıstanda cari il ərzində öldürülən altıncı hərbçisidir.
Hadisənin təfərrüatı barədə məlumat verilməyib.