Türk kino sevərlərinin "Bulut Aras" olaraq tanıdığı məşhur aktyor, oğlunun toyunda görüntülənib. 

Milli.Az haberler-ə istinadən xəbər verir ki, Türkan Şoray ilə baş rol oynadığı "Sultan" filmi ilə yaddaşlarda qalmağı bacaran və "Tatlı Nigar", "Minik Serçe" və "Kabadayı" kimi filmləri ilə məşhurluq qazanan Yeşilçamın məşhur aktyoru Bulut Aras, oğlu Onur Destan Fidanı evləndirib.

Usta aktyor ''Bizim filmdə rol almağımız üçün xüsusi ssenarilər olurdu. İndiki bütün aktyorlar bir-birinə bənzəyirlər, amma çox bacarıqlıdırlar. Biz küçədən bu sənətə gəldik. Onlar təhsilli" deyib.

Məhəmməd Vaqif
Milli.Az