Bu günədək Azərbaycanın Rusiya ilə münasibətləri strateji tərəfdaşlıq xatarkteri daşıyırdı. İndi də elədir. Amma Azərbaycan prezidenti İlham Əliyevin Rusiyaya sentyabrın 1-də gerçəkləşən rəsmi səfərindən və səfər çərçivəsində dövlətlər arasında xüsusilə bir sıra istiqamətləri, mühüm sahələri əhatə edən sənədlərin ikitərəfli imzalanmasından sonra bu münasibətləri daha da intensivləşdirir, yaxınlaşdırır. Demək olar ki, hazırda Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlığın yeni səhifəsi açılır, ona yeni nəfəs verilir.

Bu barədə Milli.Az-a açıqlamasında tanınmış politoloq, Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıxov Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 1-də Rusiyaya rəsmi səfərinin nəticələrinin şərh edərkən bildirib.

Politoloqun fikrincə, bu, özlüyündə çox mühüm amildir: "Çünki, demək olar ki, bütün sahələrdə ikitərəfli münasibətlər inkişaf edib. İqtisadiyyat, ticarət dövriyyəsi, humanitar, xüsusilə hərbi-texniki sahələrdə bu əlaqələr ən yüksək səviyyədədir. Artıq sirr deyil və bunu dövlət başçımız da açıq şəkildə dedi ki, Azərbaycan Rusiyadan ən müasir hərbi-texnika və silahlar alır və bunu davam etdirmək niyyətindədir. Eyni zamanda, iki ölkə arasında turizm sahəsində də saziş imalanıb. Bu, çox mühüm sahədir. Sazişlərin imzalandığı sahələr üzrə, onsuz da, münasibətlərdə inkişaf vardı, lakin 16 adda sənədin imzalanmasından sonra həm münasibətlərin hüquqi bazası genişlənir, həm bir sıra məqamlara daha ciddi diqqət yetirilir. Bütün bunlar iki ölkə arasında münasibətləri daha sıx şəkildə inkişafa vadar edəcək".

Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO - FOTO