Son gün ərzində Hindistanın şimalındakı Uttar-Pradeş ştatında leysan yağışları nəticəsində 16 nəfər ölüb, daha 12 nəfər ağır xəsarətlər alıb.

Metbuat.az-ın məlumatına görə, yerli hakimiyyət orqanlarına istinadən verilən məlumata görə, 6 nəfər ildırımın qurbanı olub, digərləri isə torpaq sürüşməsinin və kənddə ağacın evin damı üstünə aşması nəticəsində ölüblər.

Regionda təbii hadisə nəticəsində ümumilikdə 460-dan çox ev zərər çəkib.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla