Yapon dilində "cohatsu" buxarlanmış insanlar mənasını verir.

Milli.Az islaminsesi.info-ya istinadən bildirir ki, Yaponiyada artıq bu yolu seçənlərin sayı gündən-günə artır. İnsanların modern həyatdan sıxılması və intihardan qaçış yolunu təmin edən bu üsul sadəcə olaraq qorxuncdur. Cohatsu insanların ananonimliyə çəkilməsidir. Bunun müxtəlif səbəbləri var. Uğursuz nigahlar, cəmiyyət içində sevilməmək, karyerada uğursuzluqlar insanları öz həyatlarından kənarlaşdırmağa başlayıb.

Modern həyatın sıradan çıxardığı bu insanlar haqda fransalı iki müəllif kitab yazıblar. Bu kitabda "yoxa çıxmış" bu insanların fotoları, vinetkaları yer alıb. Kitabın müəllifi olan Moqer və Remayə 2008-ci ildən təzadlı tendensiyanı izləmək üçün Yaponiyada araşdırmalar aparıblar. Onlar belə yoxa çıxmış yüzlərlə insanın yaxınları ilə görüşüblər. Hökumətdə rəsmi statistika olmasa da, kitabın müəllifləri iddia edirlər ki, hər il 100 min insan belə "buxarlaşır"

Lakin "buxarlaşma" adlanan bu prossesdə əslində insanlar real olaraq yoxa çıxmırlar. Bu daha çox inzibati yox olmaqdır. Eynilə ABŞ-da şahidləri qoruma proqramı kimi bu insanlar ictimaiyyətin gözündən itirlər. Yəni öz nömrələrini dəyişir, əlaqələrini kəsir və iş yerlərini tərk edirlər. Yaponiyada bu cür qaçış çox asandı. Çünki Yaponiyada qanunvericilik buna tam əsas verir. Vətəndaşlar haqda yalnız polis araşdırma apara bilər. Heç kəs, hətta ən yaxın qohum belə hansısa insan haqda məlumat toplaya bilməz. Xüsusi bir firmalar bu işlərlə məşğuldur. Gündəlik olaraq hətta 3000 müraciət aldıqlarını deyənlər var.

Milli.Az