Portuqaliya Sequndasında 4-cü turun oyunları keçirilib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, Azərbaycan yığmasının futbolçusu Renat Dadaşovun formasını geyindiyi "Eştoril" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Kova Piedade" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 4:0. Dadaşov bu oyunun iştrakçısı olmayıb. Əvvəlki turlarda qırmızı vərəqə alaraq meydandan qovulan millimizin forvardı bu dəfə də məcburi istirahət etməli olub.
"Eştoril" 4 turdan sonra 9 xalla 18 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.
Milli.Az