Rusiyanın İrkutsk vilayətində "Mi-8" helikopteri ilə əlaqə kəsilib.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, "Mi-8" helikopteri geoloji kəşfiyyat aparmaq üçün Ust-Kutdan havaya qalxıb. Təyin edilmiş vaxtda helikopterin heyəti əlaqəyə çıxmayıb.

Bildirilir ki, helikopterin göyərtəsində 3 nəfər olub.

Milli.Az