Bakı-Qazax magistral yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un məlumatına görə, hadisə yolun Tovuz rayonunun Düz Qırıqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “Lifan” markalı avtomobillə “VAZ-2106”nın toqquşması nəticəsində 2 nəfər Şəmkir rayon sakini - 1991-ci il təvəllüdlü Həsənov Cavid Sabir oğlu və 1993-cü il təvəllüdlü Zaloqlu Məhəmməd Rəsul oğlu, həmçinin 1992-ci il təvəllüdlü Tovuz rayon Əyyublu kənd sakini Həsənov Cabid Ədalət oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.